Yerevanda noyabrın 12-də Azərbaycan Ordusu tərəfindən vurulmuş hərbi vertolyotda həlak olan zabitlərin "dəfn mərasimi" keçirilib. Düşmən tərəfin iddiasına görə, pilotların cəsədlərinin qalıqları hadisə yerindən xüsusi əməliyyat nəticəsində götürülüb. Azərbaycan Müdafiə Nazirliyi hadisə yerində hər hansı əməliyyat keçirildiyini qətiyyətlə təkzib edir.
İstənilən halda, baş verənlərin erməni xalqına və hakimiyyətinə müharibənin hələ bitmədiyini anlatmaq baxımından böyük əhəmiyyəti oldu. Onlar, atəşkəs dövründə heç vaxt bu qədər sarsılmamışdılar.
Qeyd edək ki, "dəfn mərasimində" Qarabağda erməni separatizminin əsas ideoloqlarından olan Zori Balayan da iştirak edib.
AzPolitika.info ermənilərin qalib ruhunun artıq necə sarsıldığını göstərən kadrları təqdim edir:








Şərhlər