Menu

"Moskva Qarabağda vəziyyəti sabitləşdirmək üçün Bakı ilə işləyir" - Lavrov

02.10.2023, 20:45
"Moskva Qarabağda vəziyyəti sabitləşdirmək üçün Bakı ilə işləyir" - Lavrov

Moskva Azərbaycanın Qarabağ bölgəsində vəziyyəti sabitləşdirmək üçün Bakı ilə işləyir.

“Report” xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Valday” beynəlxalq diskussiya klubunun 20-ci illik toplantısı çərçivəsində jurnalistlərə deyib.

“Biz azərbaycanlı həmkarlarımızla Qarabağda vəziyyəti sabitləşdirmək, orada etimadı gücləndirmək, normal həyatın bərpası, ermənilərlə azərbaycanlıların birgə yaşayışı üçün şərait yaratmaq üçün çalışırıq. Ümid edirəm ki, İrəvan da bunda maraqlı olmalıdır, bunun üçün səy göstərəcəklər”, - Lavrov bildirib.

Şərhlər

Azad 2023-10-02 22:21:39

...........kalantaryan , çək qəmişini Azərbaycandan .

t.ədalət 2023-10-02 22:04:51

İndiyədək başımıza gələn bəlaları ruslar törədib.Əgər ermənistan Rusiyadan üz döndəribsə,biz niyə onlarla işləməliyik?Ruslar Bakı ilə iş birliyi qurursa,bu,o deməkdir ki,Azərbaycan rus işğalından qurtulmayacaq.

dadaşyev 2023-10-02 21:47:13

Qarabağda vəziyyəti normallaşdırmaq üçün,qalan ermənilərin biz tərəfə meyl etməsi üçün, sadəcə,nə sizin,nə də Qərbin buralara burnunu soxmaması lazımdır,vəssalam.Onlar da görəcək ki,dövlətlə oyun çıxarmaq olmaz,ya məcbur olub vətəndaşlığımızı qəbul edəcəklər,ya da xoşluqla çıxıb gedəcəklər.Bu kadar net yani.Amma sizlər burnunuzu soxanda onlar başlayacaqlar yenə nazlanmağa,ərköyün övlad kimi qudurğanlıq etməyə.A balam,cəhənnəm olun bir kənarda durun daa.Çeçenistan müstəqil olmaq istəyəndə qoydunuzmu Moskva ilə Qroznı arasına üçüncü tərəf girsin?Qoymadınız.1996-cı ildə sülh müqaviləsi imzalamağa məcbur oldunuz,amma 3 il sonra Rusiyada binaları özünüz partladıb “bu,çeçenlərin işidir” deyə Qroznıya girmədinizmi müharibəylə?On minlərlə adam qırmadınızmı Çeçenistanı yenə öz boyunduruğunuza salasınız deyə?Sülhlə niyə razılığa gəlmədiniz?Bizə “sülh,sülh” deyirsiniz,özünüz niyə qırıb çatdınız Qroznıda aləmi?O videolar indi də Youtube kanalında var,baxan görər nələr törətmisiniz oralarda.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol