Menu

Baydenin oğlu Avropadan fahişələr sifariş edirmiş – Məxfi sənədlər açıqlandı

03.10.2023, 15:05
Baydenin oğlu Avropadan fahişələr sifariş edirmiş – Məxfi sənədlər açıqlandı

“Bank müstəntiqləri ABŞ Prezidenti Co Baydenin oğlu Hanter Baydeni Şərqi Avropada qadın alveri şəbəkəsinə fahişələr üçün göndərdiyi ödəniş çeklərini saxtalaşdırmaqda şübhəli bilirlər.

“AzPolitika.info” xəbər verir ki, bunu Britaniyanın “Daily Mail” qəzeti ABŞ Maliyyə Nazirliyinin sənədlərinə istinadən yazıb.

Nəşr məxfi mənbənin göstərdiyi sənəddən sitat gətirir: "Bayden Şərqi Avropadakı fahişəlik şəbəkəsində iştirak etmiş şəxslərə pul göndərib".

Məqalədə qeyd olunur ki, müstəntiqlər qeyri-qanuni seks alveri şəbəkəsində iştirakda şübhəli bilinən bir neçə “Wells Fargo” bank müştərisini izləyirdilər. Media yazır ki, Co Baydenin oğlu bu sxemdə iştirak edib.

Aydındır ki, “Wells Fargo”nun 2019-cu il dekabrın 17-də ABŞ Xəzinədarlığına təqdim etdiyi sənəddə iddia edilən şəbəkə ilə əlaqəli 25 şəxs və təxminən yeddi milyon dollarlıq şübhəli əməliyyatlar var ki, onlardan bir neçəsinə Hanterin çekləri daxildir.

Nəşr yazır ki, pulun transferini Çində yerləşən şirkət həyata keçirib.

Kütləvi informasiya vasitələrinin məlumatına görə, kiçik Baydenin oğlunun hesabları hələ 2019-cu ilin dekabrında izlənilib. Bu, müstəntiqlərin ABŞ Prezidentinin oğlu və onun şirkətlərinin “Şərqi Avropa fahişəlik şəbəkəsi”nə verdiyi “töhfələri” aşkar etdikdən sonra baş verib.

Hanter Bayden həmçinin "vergilərdən qəsdən yayınma" maddəsi ilə ittiham olunur.

“AzPolitika.info”

Şərhlər

dadaşyev 2023-10-03 16:38:48

Aaaa!Qadam ağzuva!Fahişələri sfariş etmək üçün Atlantik okeanını adlamağa nə ehtiyac var?Amerika qurulduğu vaxtdan,ta Corc Vaşinqtondan bu yana ekstravaqant qəhbələr ölkəsi deyilmi?Körpülərin altında da hər gecə yüzlərlə qəhbə vıcır-vıcır qaynaşır apelsindodaq-atsifət afroamerikanlarla iylənmiş ət üstündəki qurdlar kimi.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol