Menu

“Atəş səslərindən qorxmayın!” - Ermənilərə Rusiyanın hərbi təlimləri barədə xəbərdarlıq edildi

04.10.2023, 11:34
“Atəş səslərindən qorxmayın!” - Ermənilərə Rusiyanın hərbi təlimləri barədə xəbərdarlıq edildi

Rusiya oktyabrın 4-də özünün Ermənistandakı Gümrü hərbi bazasında təlimlər keçirmək qərarına gəlib. 

“AzPolitika.info” Ermənistan mətbuatına istinadla xəbər verir ki, Gümrü şəhər meriyası yerli əhaliyə xəbərdarlıq edib. Xəbərdarlıqda Rusiyanın bu gün 09.30-dan 16.30-a qədər keçirəcəyi hərbi təlimlər zamanı atəş səsləri eşidiləcəyi bildirilərək, ermənilərə qorxmamaları tövsiyyə olunub.

Əlbəttə ki, Rusiyanın Gümrüdəki 102-ci hərbi bazasında keçirilən bu təlimlərin Ermənistan parlamentinin Vladimir Putinin formal olaraq həbsinə əsas verən Roma statutunun qəbulu ilə üst-üstə düşməsi təsadüfi deyil. 

Dünən parlament Roma statutunu ratifikasiya edib, bu günsə Rusiya Gümrüdəki hərbi bazasında təlimlərə başlayıb. Erməni mətbuatı və politoloqlar da bu təlimlərin məhz parlamentin məlum qərarına cavab olduğuna qətiyən şübhə etmirlər.

“AzPolitika.info”    

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol