Menu

“Aİ İrəvanı tələyə salıb” - Mariya Zaxarova

04.10.2023, 15:38
“Aİ İrəvanı tələyə salıb” - Mariya Zaxarova

“Avropa İttifaqının (Aİ) Ermənistandakı müşahidəçiləri rəsmi İrəvanı tələyə salıblar”.

"Report" xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə deyib.

“Onları Moskvanın vasitəçiliyi ilə əldə edilmiş razılaşmaları yerinə yetirməkdən çəkindirən Qərb təşkilatları, daha doğrusu, Aİ idi. Moskva-Bakı-İrəvanın razılaşmalarını həyata keçirməyə ehtiyac yoxdur, amma hər hansı bir xüsusi yolla getməyə dəyər”, - o bildirib.

Zaxarova onu da qeyd edib ki, Aİ Qarabağın erməni sakinlərinin Ermənistana getməsinə heç bir şəkildə kömək etməyib: “Rusiya sülhməramlıları atəşkəsin əldə olunmasında vasitəçi kimi çıxış ediblər. Aİ də bütün bunları kənardan sadəcə müşahidə edib”.

Şərhlər

t.ədalət 2023-10-04 17:09:00

Doğrudan da,Rusiya qədər təhlükəli və xain dövlət yoxdur.Üç yüz ildən artıqdır ki,Qafqaz rus tələsindədir.Bu müddətdə günahsız körpələrdən tutmuş dinc sakinlərə qədər,məscid və qəbristanlıqlar daxil olmaqla hər şey rus təcavüzünün qurbanı olub.Xalqların inanclarını,tarixini və mədəniyyətini ruslar məhv ediblər.İndi də Mariya oturub Avropanı müzakirə edir.Utanmasan,oynamağa nə var-deyiblər.Lənət olsun bizi qıran vəhşi rusun hər şeyinə!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol