Menu

Özbəkistan Prezidenti MDB-nin qeyri-rəsmi sammitində iştirak edəcək

05.10.2023, 00:05
Özbəkistan Prezidenti MDB-nin qeyri-rəsmi sammitində iştirak edəcək

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev MDB-nin Sankt-Peterburqda keçiriləcək qeyri-rəsmi sammitində iştirak edəcək.

“Report” xəbər verir ki, bu barədə Özbəkistanın dövlət başçısının mətbuat xidməti məlumat yayıb.

“Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Müstəqil Dövlətlər Birliyinin dövlət başçılarının qeyri-rəsmi görüşündə iştirak etmək üçün dekabrın 26-27-də Sankt-Peterburq şəhərində işgüzar səfərdə olacaq”, - məlumatda deyilir.

Qeyd olunub ki, tədbir iştirakçıları MDB çərçivəsində çoxtərəfli əməkdaşlığın daha da genişləndirilməsinin aktual məsələlərini müzakirə edəcəklər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol