Menu

İranın sabiq Prezidentinə qadağa qoyuldu – Hava limanından geri qaytarıldı (FOTO)

05.10.2023, 17:42
İranın sabiq Prezidentinə qadağa qoyuldu – Hava limanından geri qaytarıldı (FOTO)

İranın keçmiş Prezidenti Mahmud Əhmədinejadın ölkədən çıxışına qadağa qoyulub.

“AzPolitika.info” xarici KİV-lərə istinadla məlumat verir ki, Qvatemalaya səfər etmək istəyən sabiq dövlət başçısının Tehran hava limanında pasportu müsadirə edilib və onun ölkədən çıxışına qadağa qoyulub.

Qeyd olunur ki, Əhmədinejad beynəlxalq su ehtiyatlarının idarə edilməsi simpoziumunda iştirak etmək üçün Qvatemalaya səfər edirmiş.

İranın “İttilaat” qəzeti isə təhlükəsizlik rəsmilərinin beynəlxalq sanksiyalara görə həbs olunma ehtimalı və Qvatemaladakı qeyri-sabit təhlükəsizlik və siyasi şərait səbəbindən Əhmədinejada ölkəni tərk etməməyi tövsiyə etdiyini və Əhmədinejadın səfərinin ləğv edildiyini yazıb.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol