Menu

NAZİR POLKOVNİKİ BİRİNCİ MÜAVİN TƏYİN ETDİ - General-mayor təqaüdə göndərilib

06.10.2023, 18:29
NAZİR POLKOVNİKİ BİRİNCİ MÜAVİN TƏYİN ETDİ - General-mayor təqaüdə göndərilib

Fövqəladə Hallar Nazirliyində kadr dəyişikliyi olub. "Qaynarinfo" xəbər verir ki, fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun əmri ilə polkovnik İlqar Sahib oğlu Səfərov Bakı Regional Mərkəzi rəisinin birinci müavini təyin edilib.

Qeyd edək ki, ötən ay Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzinin rəis müavini, general-mayor Kamil Əlibala oğlu Bağırov təqaüdə göndərilib.

Nazirin digər əmri ilə daxili xidmət mayoru Vüsal Nazim oğlu Məmmədzadə Bakı Regional Mərkəzinin rəis müavini təyin edilib.

Şərhlər

t.ədalət 2023-10-06 11:21:00

Tezliklkə İlqar Səfərov da haqqını verib generalını alacaq.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol