Menu

“İskəndər” 52 nəfərin həyatına son qoydu - Rusiyadan Xarkovdakı qətliama dair müəmmalı reaksiya

06.10.2023, 17:24
“İskəndər” 52 nəfərin həyatına son qoydu - Rusiyadan Xarkovdakı qətliama dair müəmmalı reaksiya

Xəbər verildiyi kimi, Rusiya Ukraynanın Xarkov vilayətinin Kupyansk rayonundakı Qroza kəndinə “İskəndər” raketilə zərbə endirib.

“AzPolitika.info” Ukrayna mətbuatına istinadla xəbər verir ki, 52 nəfərin ölümünə səbəb olan raket zərbəsi kənd sakini olan ukraynalı döyüşçünün dəfn mərasimini hədəf alıb. Nəticədə mərasimə qatılan 52 dinc sakin həyatını itirib. Onların arasında 6 yaşlı uşaq və həlak olan hərbçinin ailə üzvləri də olub.

Ukrayna və Qərb dövlətləri bu hadisəni dinc əhaliyə qarşı müharibə cinayəti kimi xarakterizə etdiyi halda, Rusiya tərəfi baş verənlərə müəmmalı reaksiya verib.

Putinin sözçüsü Dmitri Peskov deyib ki, Rusiya dinc əhalini vurmur: “Biz bir daha təkrar edirik ki, Rusiya hərbçiləri mülki hədəflərə zərbə endirmirlər. Zərbələr hərbi obyektlərə, hərbçilərin və hərbi rəhbərlərin toplaşdığı yerlərə endirilir”.

Bununla görünür, Peskov sözügedən hərbçinin dəfn mərasiminə qoşulan şəxslər arasında hərbçilərin də olduğuna işarə vurub. Lakin bu, olduqca xain hücum olmaqla yanaşı, bir neçə hərbçiyə görə onlarla dinc sakinin qətl edilməsi deməkdir...

BMT artıq Qroza kəndinə xüsusi nümayəndə heyəti göndərib. Ancaq zatən beynəlxalq imici və adı çoxdan ayaqlar altına düşmüş Rusiya üçün belə cinayətlər adi hal alıb.

“AzPolitika.info”         

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol