Ermənistan Rusiyadan qonşu ölkələrə pul köçürmələrinin həcminə görə lider olub. Avqustun sonunda bu respublikaya köçürmələr 30 milyard rublu ötüb.
“AzPolitika.info” xəbər verir ki, bu barədə RBC-ın mərkəzi banklarının məlumatlarına əsasən hazırladığı araşdırmada deyilir. Hesablamalar zamanı bank infrastrukturu və ya pul köçürmə sistemləri vasitəsilə aparılan əməliyyatlar nəzərə alınıb.
2023-cü il avqustun sonunda Rusiyadan Ermənistana 32,8 milyard rubl ekvivalentində məbləğ göndərilib ki, bu da 2021-ci ildəki orta aylıq köçürmələrdən 7,2 dəfə çoxdur. Müqayisə üçün: 2022-ci ilin sentyabrında bu rəqəm 24,8 milyard rubl səviyyəsində olub.
Ən yüksək rəqəmlər isə 2023-cü ilin fevralında, köçürmələrin həcminin 44 milyard rubla çatması zamanı qeydə alınıb. Qeyd olunur ki, Ermənistan Mərkəzi Bankı təkcə fiziki şəxslərin deyil, həm də fərdi sahibkarların köçürmələrini nəzərə alır.
Gürcüstan və Qazaxıstanda köçürmələrin həcminin pik həddi isə Rusiyada səbərlik elan olunan zaman qeydə alınıb, daha sonra tədricən azalmalar başlayıb.
Məsələn, avqust ayında Rusiyadan Gürcüstana 5,7 milyard rubl və ya 2021-ci il üçün orta aylıq köçürmələrin 228%-i həcmində vəsait göndərilib. Bundan başqa, 2022-ci ilin oktyabr və dekabr aylarında artım müvafiq olaraq 736% və 840%-ə çatıb. Dekabrda Rusiyadan Gürcüstana köçürmələrin həcmi maksimum 21 milyard rubl təşkil edib, bundan sonra isə transfer məbləği tədricən azalmağa başlayıb.
Oxşar vəziyyət avqustda Rusiyadan 1,6 milyard rubl məbləğində transfert alan Qazaxıstanda da yaranıb. - 2021-ci ildə orta aylıq göstəricinin 207,9%-I həcmində vəsait köçürülüb. Eyni zamanda, ötən ilin oktyabrında bu rəqəm 2021-ci il səviyyəsinin 726,3% yüksək olub. Aydınlaşdırılır ki, bu statistikada yalnız Golden Crown”, “Unistream” və başqa pul köçürmə sistemləri vasitəsilə edilən köçürmələr nəzərə alınıb”.
Qırğızıstan Mərkəzi Bankının son məlumatlarına görə, 2023-cü ilin iyul ayında ölkəyə 12 milyard rubl daxil olub. Bu, Rusiyadan, 2021-ci ilin orta aylıq göstəricisindən 72,7% çoxdur. Ən yüksək transfer 2022-ci ilin oktyabrında, köçürmələrin həcminin 16,8 milyard rubl təşkil edən zaman qeydə alınıb. Qalan aylarda bu rəqəmlər hətta 2021-ci ilin səviyyəsindən də aşağı olub.
Rusiyadan köçürmələrin pik həddi 2022-ci ilin oktyabrında qeydə alınıb. Bu, 1 il əvvəlki 1,1 milyard dollardan 210% artıqdır.
“AzPolitika.info”


Şərhlər