Kürdəmir rayonu Sığırlı kəndinin ərazisində "VAZ-21074" markalı avtomobil "KamAZ"ı vurub
Kürdəmirdə ağır yol qəzası olub, iki nəfər ölüb. ANS PRESS Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, noyabrın 15-də saat 20.10 radələrində Kürdəmir rayonu Sığırlı kəndinin ərazisində Göyçay rayon sakini Feyruz Həsənov idarə etdiyi "VAZ-21074" markalı avtomobili qarşıda gedən Gədəbəy rayon sakini Asif Məmmədovun idarə etdiyi "KamAZ" markalı avtomobilə vurub.
F.Həsənov və sərnişini, Göyçay rayon sakini Əzim Qurbanov hadisə yerində ölüb.


Şərhlər