Menu

Əfqanıstanda zəlzələ qurbanlarının sayı 2 400 nəfərə çatıb

08.10.2023, 21:48
Əfqanıstanda zəlzələ qurbanlarının sayı 2 400 nəfərə çatıb

Oktyabrın 7-də Əfqanıstanın qərbində baş vermiş zəlzələ qurbanlarının sayı artaraq 2 400 nəfəri ötüb.

“Report” xəbər verir ki, məlumatı “TOLO News” telekanalı “Taliban” hərəkatının yaratdığı Əfqanıstan hökumətinin rəsmisinə istinadən yayıb.

Müvəqqəti Əfqanıstan hökumətinin Fəlakətlərin İdarə Edilməsi Nazirliyinin sözçüsü Məhəmməd Canan Saikin sözlərinə görə, zəlzələ nəticəsində ölənlərin sayı 2400-dən çox olub, azı 2 000 nəfər yaralanıb.

Saik daha əvvəl zəlzələ qurbanlarının sayının 9 240 nəfərə yaxın olduğunu bildirsə də, sonradan bu məlumat təkzib edilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol