Menu

Renat Dadaşov "Hatayspor"da ilk qollarını vurub, komandası qələbə qazanıb

08.10.2023, 22:32
Renat Dadaşov "Hatayspor"da ilk qollarını vurub, komandası qələbə qazanıb

Azərbaycan millisinin futbolçusu Renat Dadaşov Türkiyənin "Hatayspor" klubunda ilk qollarını vurub.

"Report"un məlumatına görə, 24 yaşlı hücumçu "Konyaspor"a 3:1 hesabı ilə qalib gəldikləri Superliqanın VIII tur oyununda dubl edib.

Dadaşov 22-ci dəqiqədə penaltini dəqiqə yerinə yetirərək hesabı açıb. Forvard 53-cü dəqiqədə özünün və komandasının ikinci qoluna imza atıb. O, 78-ci dəqiqədə əvəzlənib.

Qeyd edək ki, Hatay təmsilçisi bu nəticədən sonra 14 xalla 5-ci pillədə qərarlaşıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol