Menu

İrandan Azərbaycana narkotik keçirməyə cəhd etdilər: 10 kiloqram

26.11.2014, 09:07

narko-emeliyyat_583İrandan Azərbaycana qaçaqmalçılıq yolu ilə külli miqdarda, ümumi çəkisi 10 kiloqram 800 qram olan narkotik vasitənin keçirilməsinin qarşısı alınıb.

Dövlət Sərhəd Xidmətinin (DSX) mətbuat mərkəzindən APA-ya verilən məlumata görə, DSX və Daxili İşlər Nazirliyinin əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cəlilabad rayonu Dələli kəndi ərazisində yerləşən sərhəd zastavasının xidməti sahəsindən Azərbaycana gətirilən 5 kiloqram tiryək və 5,8 kiloqram marixuana dövriyyədən çıxarılıb.

Hazırda fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol