Menu

Polşa Prezidenti Silahlı Qüvvələrin iki komandirinin istefasını qəbul edib

10.10.2023, 20:35
Polşa Prezidenti Silahlı Qüvvələrin iki komandirinin istefasını qəbul edib

Polşa Prezidenti Ancey Duda Polşa Ordusunun Baş Qərargah rəisi general Raymund Anceyçakın və ölkənin Silahlı Qüvvələrinin əməliyyat komandanı general Tomaş Piotrovskinin istefasını qəbul edərək yeni hərbi rəhbərlər təyin edib.

“Report” xəbər verir ki, bu barədə jurnalistlərə Polşa Milli Təhlükəsizlik Bürosunun rəhbəri Yatsek Sivera bildirib.

Y.Siveranın sözlərinə görə, dövlət başçısı müdafiə naziri ilə məsləhətləşmələrdən sonra artıq yeni komandirlər təyin edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol