HƏMAS Qəzza dəhlizini ələ keçirmək və onu qeyri-müəyyən dövrə qədər nəzarətdə saxlamaq istəyib.
“AzPolitika.info” xəbər verir ki, bunu İsrail ordusu rəhbərliyinə istinadla “Jpost” nəşri bildirib.
Xəbərdə deyilir ki, HƏMAS Qəzza dəhlizində tunellərdə möhkəmlənmək istəsə də, İsrail ordusunun əks-hücum həmləsi fələstinlilərin gözlədiyindən daha güclü və sürətli olub. Ona görə də HƏMAS planını reallaşdıra bilməyib.
Xəbərdə o da qeyd olunur ki, HƏMAS-ın İsrailə qarşı raket hücumu zamanı ikincinin istifadə etdiyi “Dəmir gümbəz” HHM sisteminin effektivlik dərəcəsi açıqlanmır. İsrail Ordusunun rəsmisi, general Daniel Xaqari deyib ki, “Dəmir gümbəz”-in işi barədə statistika açıqalnmayacaq. Çünki bu məlumatlar HƏMAS-ın işinə yarıya və onun tərəfindən istifadə oluna bilər.
“AzPolitika.info”


Şərhlər