Misir hökuməti ABŞ və digər ölkələrlə Fələstinə humanitar yardım çatdırılması məsələsini müzakirə edib, lakin öz sərhədlərinin Fələstin qaçqınları üçün açılmasına icazə verməyib.
“AzPolitika.info” xəbər verir ki, “Reuters” Misir təhlükəsizlik qüvvələrindəki mənbələrinə istinadla belə bir məlumat yayıb.
Xəbərdə deyilir ki, Misir sərhədlərin açılmaması qərarını “fələstinlilərin öz torpaqlarını qoruması və mübarizəni davam etdirməsi hüququ” ilə əlaqələndirib. Beləliklə Sissi hökuməti Fələstindən Misirə dinc əhali üçün təhlükəsiz dəhlizlər yaradılmasına razılıq verməyib.
Buna baxmayaraq, oktyabrın 11-də ABŞ Prezidentinin köməkçisi Ceyk Sallivan Misir və İsrail hökumətləri ilə fələstinli qaçqınların Qəzzadan çıxarılması məsələsi ətrafında müzakirələr aparıldığını bildirib. NBC kanalı isə məlumat verib ki, Bayden administrasiyası Fələstinin dinc əhalisinin cənub istiqamətində Misirə keçə bilməsi üçün şərait yaradılmasına çalışır.
“AzPolitika.info”


Şərhlər
Sisinin çevriliş yolu ilə hakimiyyətə gətirilməsi Israilin planı ilə baş tutdu. Çünki Məhəmməd Mürsinin fələstinlilərə dəstəyi açıq-aydın idi. Rəcəb Tayyib Ərdoğanın Sisi ilə soyuq mübasibətləri də bu səbəbdən idi.
Bu aciqlamaya ermeni aciqlamasi adi vermek olar,hazir ki Misir hakimyyeti izrailin oyuncagidir,serhedi acmamaya sebeb ise Izrailin izace vermemesidir! Sebeb? sektor q. Da daha cox insan oldurmekdir,xilas olan olmasin