Bakıda külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Ramin Rəhimovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
APA xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olmadığından onun barəsində bəraət hökmü çıxarılıb və məhkəmə zalından azadlığa buraxılıb.
Qeyd edək ki, Ramin Rəhimov narkotik vasitələrin qanunsuz dövriyyəsində ittiham olunub. Onun barəsində Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham verilib.


Şərhlər
Dərəbəylik olanda , sual " Bu necə olur? " deyilmir .
Bu necə olur?Əgər cinayət tərkibi olmadan adama 12 il həbs verilibsə.o zaman belə qərarı verən hakim həbs olunmalıdır.(insan talei ilə oynamaq olmaz )..Yox əgər işdə cinayət baş verdiyi təsdiqlənərək 12 il həbs verillibsə o zaman bəraət verən hakim həbs olunmalıdır.Bu necə məhkəmə,necə qanun keşikçiləridir.Hər iki hal araşdırılmalı və qanuni tədbir görülməli və məhkəmələrin hakimləri nəzarətsiz buraxılmamalıdır.