Menu

Ukrayna Qərb qarşısında öhdəlik götürüb: “Bu raketlərlə Rusiya ərazisini vurmayacağıq”

12.10.2023, 15:47
Ukrayna Qərb qarşısında öhdəlik götürüb: “Bu raketlərlə Rusiya ərazisini vurmayacağıq”

 Ukrayna Almaniya və ABŞ-a uzaqmənzilli «Taurus» və «ATACMS» raketləri ilə Rusiya ərazisinə zərbə endirməyəcəyinə dair söz verib.

“AzPolitika.info” UNİAN-a istinadla xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri Komandanlığının sözçüsü Yuri İqnat informasiya marafonunda deyib.

"Ukrayna tərəfdaşlarımız qarşısında öhdəlik götürüb. Açıq deyək ki, biz işğal olunmuş ərazilərdə "Storm Shadow" və "Skalp" raketlərindən istifadə edirik", - İqnat deyib.

O, Rusiyanın “Minsk” gəmisi və “Rostov-na-Don” sualtı qayığının Krımda məğlubiyyətini, eləcə də Donetsk və Luqansk vilayətlərinin müvəqqəti işğal olunmuş ərazilərindəki obyektlərə hücumları xatırladıb.

Rüfət

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol