Menu

NAZİR DAHA BİR GENERALI VƏZİFƏSİNDƏN AZAD ETDİ - Sərəncama götürülüb + FOTO

13.10.2023, 11:14
NAZİR DAHA BİR GENERALI VƏZİFƏSİNDƏN AZAD ETDİ - Sərəncama götürülüb + FOTO

Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunlarının komandanı vəzifəsindən azad edilib. Bununla bağlı fövqəladə hallar naziri Kəmaləddin Heydərov əmr imzalayıb.

"AzPolitika.info" xəbər verir ki, bu barədə "manset.az" məlumat yayıb.

Məlumata görə, müvafiq əmrlə FHN-nin Mülki Müdafiə Qoşunlarının komandanı, general-leytenant İlham Abdullayev vəzifəsindən azad edilərək sərəncama götürülüb. Onun yerinə hələlik təyinat yoxdur.

Qeyd edək ki, İlham Əyyub oğlu Abdullayev əvvəllər FHN-in Fövqəladə Halların Nəticələrinin Aradan Qaldırılması İşinin Təşkili Baş İdarəsinin rəisi vəzifəsində çalışıb. 2006-cı ilin dekabrında general-mayor rübəsini  alıb. 

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol