ABŞ-da dərc olunan hesabatda Şimali Koreyanın ballistik raketlərinin ABŞ-ın müdafiə sistemlərini aşa biləcək sayda çox olduğu bildirilib.
“AzPolitika.info” xəbər verir ki, ABŞ Konqresinin Strategiya Komitəsinin hesabatına görə, Şimali Koreyaqitələrarası ballistik raketlərə (ICBM) sahib olmaq yolunda sürətlə irəliləyir.
Hesabatda Şimali Koreyanın ABŞ və müttəfiqlərinə qarşı təhdidlərini artırdığı, Pxenyanın getdikcə daha böyük təhlükəyə çevrildiyi qeyd edilib.
Hesabatda həmçinin 2027-2035-ci illərdə Çin, Rusiya, Şimali Koreya və İrandan gələ biləcək təhdidlər və təhlükəsizlik problemləri də ətraflı şəkildə araşdırılıb.
“AzPolitika.info”


Şərhlər