HAMAS-ın İsrailə hücum ideyası İranda formalaşıb.
APA xəbər verir ki, bunu İsrailin müdafiə naziri Yoav Qalant amerikalı həmkarı Lloyd Ostinin ölkəsinə səfəri çərçivəsində görüşündən sonra təşkil edilən brifinq zamanı deyib.
Qalant İran, Hizbullah və HAMAS-ı şər qüvvələr adlandırıb.
Nazirin sözlərinə görə, İran tərəfinin HAMAS radikal qruplaşmasına İsrailə hücumun həyata keçirilməsi üçün icazə verib-verməməsindən asılı olmayaraq, bu ideyanın özü İranda formalaşıb.


Şərhlər