Menu

"Putin Azərbaycan Prezidenti ilə Ruben Vardanyanın taleyini müzakirə etməyib" - Kreml

13.10.2023, 17:04
"Putin Azərbaycan Prezidenti ilə Ruben Vardanyanın taleyini müzakirə etməyib" - Kreml

Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevlə Ruben Vardanyanın taleyini müzakirə etməyib.

APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

“Rusiya və Azərbaycan liderləri görüşün açıq hissəsində Vardanyan ətrafındakı vəziyyəti müzakirə etməyiblər”, - Kremlin sözçüsü vurğulayıb.

Qeyd edək ki, separatçıların sabiq "dövlət naziri" Ruben Vardanyan 27 sentyabr 2023-cü il tarixində saxlanılaraq, ittiham elan edilməklə təqsirləndirilən şəxs qismində cinayət məsuliyyətinə cəlb olunub. Məhkəmə qərarı ilə haqqında 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Şərhlər

t.ədalət 2023-10-13 22:04:22

Patruşevin Bakıya Ruben Vardanyanı xilas üçün gəldiyi deyilir.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol