Menu

“Bu, sadəcə başlanğıcdır” - Netanyahu

14.10.2023, 00:51
“Bu, sadəcə başlanğıcdır” - Netanyahu

İsrail ordusunun Qəzza zolağına qarşı hərəkətləri “sadəcə başlanğıcdır”.

“Report” xəbrə verir ki, bu barədə hökumət başçısı xalqa müraciətində deyib.

“Böyük qüvvə, misli görünməmiş qüvvə ilə düşmənimizə cavab veririk. Vurğulayıram: bu, sadəcə başlanğıcdır. Düşmənlərimiz hələ indi bədəl ödəməyə başlayıb, gələcəkdə baş verəcək şeylərin təfərrüatına girməyəcəyəm, lakin deyim ki, bu, sadəcə başlanğıcdır”, – siyasətçi bildirib.

Netanyahu dünya liderləri ilə söhbətlərində ölkəsinin “əhəmiyyətli beynəlxalq dəstəyi təmin etdiyini” vurğulayıb:

“Bu gün ABŞ-nin müdafiə naziri (Lloyd Ostin – red.) ilə görüşdüm. Biz müharibənin davamını, İsrailə böyük miqdarda hərbi sursatın çatdırılmasını təmin edirik”.

“ Vaxt aparacaq, ancaq bu savaşdan heç vaxt olmadığı qədər daha güclü çıxacağıq”, - o əlavə edib.

Şərhlər

Anar Əhmədov 2023-10-14 08:13:18

Allah Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunov kimi igid oğullar bəxş edən yəhudi xalqını qorusun.
Yaşasın Azərbaycan İsrail dostluğu və qardaşlığı!
❤️

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol