Menu

“Danışıqların əleyhinə deyilik, amma...” – Putin yenə NATO-nu bəhanə edir

16.10.2023, 11:29
“Danışıqların əleyhinə deyilik, amma...” – Putin yenə NATO-nu bəhanə edir

Rusiya üçün Ukraynanın bloklardan kənar statusu fövqəladə dərəcədə vacibdir.

“AzPolitika.info” xəbər verir ki, bunu Vladimir Putin Çin KİV-lərinə açıqlamasında deyib. Putin qeyd edib ki, bir qrup ölkələrin təhlükəsizliyi başqa ölkələrin hesabına təmin edilməməlidir. Yəni, NATO Ukraynanı öz sıralarına qatmaqla, Rusiyanın təhlükəsizliyini zərbə altında qoymamalıdır.

Rusiya başçısı xatırladıb ki, 1991-ci ildə NATO şifahi şəkildə şərqə doğru genişlənməyəcəyinə dair Rusiyaya vəd versə də, vədinə əməl etməyib. Ancaq maraqlıdır ki, demək olar, dörd bir tərəfdən NATO üzvlərilə əhatə olunan Rusiya nədənsə məsələn, Pribaltika respublikalarını yox, məhz Ukraynanı hədəf seçib.

NATO-nun indiyə qədər Rusiyanın bir qarış torpağına təcavüz və iddia etmədiyini də nəzərə alsaq, Putinin artıq yüzminlərlə insanın ölümünə və milyonlarla insanın ev-eşiyindən didərgin salınmasına gətirib çıxaran müharibəyə haqq qazandırmaq üçün gətirdiyi bəhanə olduqca məntiqsiz görünür...

Putin həmçinin, qeyd edib ki, heç vaxt Ukrayna ilə danışıqlar aparmağın əleyhinə olmayıblar. Lakin Kiyev hakimiyyəti Putinlə danışıqları qadağan edən müddəanı qanun halına salıb. Ona görə də Rusiya başçısının fikrincə, ilk növbədə bu qadağa aradan qaldırılmalıdır.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol