Menu

“Ölən olsa, bir qurtum su yoxdur verməyə” - Oğuzda su problemi + VİDEO

16.10.2023, 19:45
“Ölən olsa, bir qurtum su yoxdur verməyə” - Oğuzda su problemi + VİDEO

Oğuzun Sincan kəndinin sakinləri susuzluq problemindən əziyyət çəkirlər.

Kənd sakinlərinin sözlərinə görə, su üçün hər gün 500 metr məsafə qət etməli olurlar.

“Yanıb ölən olsa, bir qurtum su yoxdur. Göyərtini gedib bazardan alırıq. İndi hansı zəmanədir ki, atla, ulaqla su gətiririk?!” - deyə kənd sakini söyləyib.

Oğuz Suvarma Sistemləri İdarəsindən məsələ ilə bağlı bildirilib ki, kənddə subartezian quyusunun tikilməsi nəzərdə tutulub və 15 gün ərzində quyunun qazılmasına başlanılacaq.

Şərhlər

dadaşyev 2023-10-16 21:09:51

Qəribədir,paytaxta gələn su Oğuz dağlarından gəlirsə niyə Sincanda su yoxdu?Qəbələylə Oğuz yolu arasındadı Sincan,əgər Oğuz şəhəri Qəbələylə Sincan arasında olsaydı deyərdik əlbət su kəməri çəkiləndə unudulub Sincana su verilmək məsələsi.Ümumiyyətlə,Oğuzda olan dost-tanışlar hey deyirlər bizdə axşamlar küçələr də qaranlıq olur,küçə işıqlarını yandırmırlar,camaat axşamlar hava qaralan kimi zajiqalka işığında gəzir,it əlindən də tərpənmək olmur.Görəsən bələdiyyə yoxdu oralarda?Torpaq satılma ehtimalı azca da olan hər bir yerdə bələdiyyə olmalıdı axı?Varsa işinin adı nədi görəsən?Camaat bu zəngin ölkədə niyə susuz,işıqsız qalmalıdı?Üstəlik,respublikanın ən gözəl turist bölgəsidi Oğuz.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol