Menu

BMT Qəzza zolağının bombalanmasını müharibə cinayəti adlandırdı

16.10.2023, 21:03
BMT Qəzza zolağının bombalanmasını müharibə cinayəti adlandırdı

BMT Qəzza zolağında mülki əhalinin bombalanmasını müharibə cinayəti adlandırıb.

Bu bəyanatla BMT-nin müstəqil beynəlxalq komissiyası çıxış edib. Komissiya İsrailin Fələstin şəhərlərini qeyri-mütənasib şəkildə hədəf aldığını bildirib.

“İsrailin hücumları nəticəsində dəyən zərər və xəsarətlər hərbi mənfəətlə qeyri-mütənasib olub və buna görə də müharibə cinayəti təşkil edib”, - BMT komissiyası vurğulayıb.

Qeyd olunub ki, son məlumatlara görə, Anklav əhalisinin yarıdan çoxu evlərini tərk etməyə məcbur qalıb. (Mənbə: lenta.ru)

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol