Menu

Rusiya Qəzza üçün 27 ton humanitar yardım göndərdi

19.10.2023, 12:15
Rusiya Qəzza üçün 27 ton humanitar yardım göndərdi

Rusiya Qəzza zolağındakı mülki şəxslər üçün 27 ton humanitar yardım göndərib.

"AzPolitika.info" Israil mətbuatına istinadla xəbər verir.

Rusiya Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, humanitar yardım Misirdən daşınaraq Qəzza əhalisinə çatdırılacaq.

“Xüsusi təyyarə Moskva yaxınlığındakı Ramenskoye hava limanından Misirin Əl-Ariş şəhərinə uçub. Rusiya humanitar yardımı Qəzza zolağına göndərilmək üçün Misir Qızıl Aypara Cəmiyyətinə təhvil veriləcək”, - nazir müavini İlya Denisov bildirib.

Denisov deyir ki, yardım “buğda, şəkər, düyü və makarondan ibarətdir.

Rüfət

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol