Menu

AXCP Rəyasət Heyətinin üzvü həbs olundu

26.11.2014, 15:23
AXCP Rəyasət Heyətinin üzvü həbs olundu

Dünən axşam yoxa çıxdığı bildirilən AXCP Rəyasət Heyətinin üzvü, Qarabağ qazisi və vəkil Asif Yusifli barədə məlumat əldə etmək mümkün olub. AXCP-dən verilən məlumata görə, bir qədər əvvəl Nərimanov məhkəməsindən bir vəkil partiya üzvlərindən birinə zəng vuraraq bildirib ki, Asif Yusiflini Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi sanksiya üçün Nərimanov məhkəməsinə gətirdilər və haqqında 4 ay həbs qəti imkan tədbiri seçildi. Maddələr dələduzluq və sənədlərin saxtalaşdırılması. A. Yusiflini daha sonra yenə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə qaytarıblar, ordan da Kürdəxanıya göndərəcəklər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol