Menu

Almaniya Ukraynaya “Patriot”lardan ibarət “qış paketi” göndərməyə hazırdır - KANSLER

19.10.2023, 17:18
Almaniya Ukraynaya “Patriot”lardan ibarət “qış paketi” göndərməyə hazırdır - KANSLER

 Almaniya Ukraynaya HHM sistemlərindən, habelə, digər vacib silah və hərbi texnikadan ibarət yardımları göndərməyə davam edəcək. 

“AzPolitika.info” Ukrayna mətbuatına istinadla xəbər verir ki, bunu kansler Olaf Şolts Bundestaqda çıxışı zamanı deyib.

Çıxışı zamanı Şolts qeyd edib ki, qış mövsümünə elan edilmiş paket xüsusilə "hava hücumundan müdafiə üçün lazım olan hər şeyi" əhatə edəcək.

Bundan əvvəl Almaniya Müdafiə Nazirliyi “Patriot” zenit-raket kompleksinin əlavə quraşdırılmasını, yeni “İris-T” sistemlərini, yeni “Gepard” zenit qurğularını, habelə döyüş sursatlarını Ukraynaya ötürmək niyyətini açıqlamışdı. 

Rüfət

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol