ABŞ Prezidenti Cozef Bayden xalqa müraciəti zamanı bildirib ki, hazırda dünya dönüş nöqtəsindədir və verilən bütün qərarlar gələcəyə təsir edəcək.
Bu barədə “Report” xarici mətbuata istinadən xəbər verir.
"Biz tarixin dönüş nöqtəsindəyik; bu gün verdiyimiz qərarlar gələcək onilliklər üçün gələcəyi formalaşdıracaq", - Bayden deyib.
ABŞ Prezidenti həmçinin bildirib ki, o, İsrail hakimiyyətini “qəzəbdən kor olmamağa” çağırıb.
Ağ Ev rəhbəri qeyd edib ki, İsrailə səfəri zamanı o, 2001-ci il 11 sentyabr terror aktları zamanı ABŞ-ın da qəzəbləndiyini bildirib.
“Mən İsrail hökumətini qəzəbdən kor olmaqdan çəkinməyə çağırdım”, - Bayden deyib.


Şərhlər
Dünya planeti siyasi məqsədlər üçün istifadə olunmamalıdır!
Haqqı-halalına ƏDALƏT!, sözünə nə əlavə? Bütün dünyanın, güclərin URRAAA! deyib, hər hansı təcavüzdən geri çəkilməsi Müasir dünya (canlı) aləminin sabahkı yaşamı üçün qaçılmaz zərurətə çevrilib!