İsrailin oktyabrın 7-dən başlayan hücumları nəticəsində Qəzzada 4137 mülki vətəndaş həlak olub, 13 mindən artıq insan isə yaralanıb.
“AzPolitika.info” xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyinin Qəzza üzrə sözçüsü Əşrəf əl-Qudra məlumat verib.
Məlumata görə, Qəzzada həlak olanların üçdə biri uşaqlardır. Son məlumatlara görə, 1524 azyaşlı İsrail bombardımanının qurbanı olub.
Qeyd edək ki, 14 gündür davamlı olaraq həyata keçirilən bombardman bölgədə böyük dağıntılara səbəb olub. Fələstin mənbələrinə görə, oktyabrın 7-dən bu yana həyata keçirilən bombardmanlarda 4 min 821 tikili tamamilə dağılıb.
“AzPolitika.info”


Şərhlər