Oktyabrın 20-də Rusiya xarici işlər naziri Sergey Lavrovla Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov arasında telefon danışığı olub.
APA xəbər verir ki, xarici işlər nazirləri ikitərəfli münasibətlərin aktual məsələlərini, regional və beynəlxalq gündəmi müzakirə ediblər.
Nazirlər, “3+3” regional platformasının fəaliyyəti ilə bağlı yanaşmaları nəzərdən keçiriblər.
Sonrakı təmaslar barədə razılığa gəlinib.


Şərhlər