Oktyabrın 24-də BMT Təhlükəsizlik Şurasında (TŞ) Yaxın Şərqdəki hadisələrlə bağlı açıq debat keçiriləcək.
“Report” xəbər verir ki, bunu Rusiyanın dünya təşkilatındakı daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanski deyib.
“Çərşənbə axşamı Təhlükəsizlik Şurasında Yaxın Şərqlə bağlı açıq müzakirələr olacaq. Bu, müntəzəm iclasdır, əvvəlcədən planlaşdırılıb. Amma indi, təbii ki, bu, əlavə əhəmiyyət kəsb edib”, - o deyib.
Diplomat xatırladıb ki, gələn həftə BMT Baş Assambleyasının Fələstin üzrə xüsusi sessiyası da keçirilməlidir.


Şərhlər
Tamamilə mənasız işdir.Çünki Təhlükəsizlik Şurasının üzvləri dünyanı yenidən bölüşdürməkdədirlər,beşliyin bir qismi öz aralarında razılaşdırılmış bölgüyə görə özünə düşən paydan daha artığını qamarlamaq üçün,digər qismi isə əlindən çıxan payını geri qaytarmaq üçün bir-biriləriylə kəllə-kəlləyə gəlməyi gözə alıblar,ərazi üstündə ölümünə savaşan vəhşi heyvanlar kimi.Məsəla,Rusiyaya bölgü zamanı Şərqi Ukrayna düşmüşdü,amma bütün Ukraynaya sahib olmaq istədi deyə təpəsindən vura-vura Şərqi Ukraynayla kifayətlənməyini istəyirlər.Bu yanda,Qarabağa Rusiyadan sonra Fransa gözünü diksə də antiterror əməliyyatımızla arzusu ürəyində qalıb deyə dil-dodağını çeynəməkdədir, ermənistandan ikinci Ukrayna düzəldəcəklər belə getsə.daha doğrusu,Qarabağda planlaşdırdıqları qazan qaynatmaq işini ermənistanda düzüb qoşacaqlar.O yanda,Fələstin-Suriya tərəflər SSRİ dağılandan sonra da Rusiya nəzarətində qalsa da Ukraynada başı qarışdırıldığı üçün məqamdı deyib İsrailin əliylə onun bu payını qamarlamaq istəyirlər.Hələlik ABŞ-Fransa-Rusiya didişməkdədir.Britaniya ilə Çin gözləmə mövqeyindədir.Onlar da hərəkətə gələrsə Uzaq Şərqdə və Cənubi Amerikada da müharibə ocağı yaranacaq.Çin Tayvanı qamarlayacaq,Britaniya isə Argentinayla Folklend-Malvina adaları məsələsini yenidən qaşıyıb qan çıxaracaq.Odur ki İsrail, sadəcə, ABŞ planları üçün vasitədir,özbaşına deyil yəni.Elə isə açıq müzakirələrin nə mənası var?TŞ üzvləri dünyanı öz aralarında sövdələşəib bölürlər,nə diş bilsin nə dodaq.Qayət məxfi yəni.Bir daş altda,bir daş üstdə.Sonra da bəşəriyyət görür ki,məsəla,Fransa ordusu Nigerdən,ABŞ Əfqanıstandan çıxmağa başlayır heç gözlənilmədən.Əlbəttə,bəşəriyyət üçün gözlənilməz olur,amma o beş ölkə arasında olan gizli sövdələşmələrə görə olur belə çıxmalar-girmələr,belə şeylərə isə BMT tribunalarında qərar verilməz.Verilsə də beş ölkənin birinin də güngörməzinə yel olub toxunmaz o qərarlar.Necə ki BMT-nin Qarabağ barədəki dörd qətnaməsi otuz il havadan asılı qaldı,sonunda biz öz gücümüzlə yerinə yetirdik o qərarları.