Menu

Xudatda Türkiyə vətəndaşı “TIR”la piyadanı vuraraq öldürüb

22.10.2023, 22:20
Xudatda Türkiyə vətəndaşı “TIR”la piyadanı vuraraq öldürüb

Xudat şəhərində “TIR” piyadanı vuraraq öldürüb.

“Report”un Şimal bürosunun məlumatına görə, hadisə Xudat şəhərinin ərazisində baş verib.

Belə ki, Türkiyə vətəndaşının idarə etdiyi yük avtomobili piyada, Qusar rayonu Əniğoba kənd sakini, 1981-ci il təvəllüdlü Qocayev Hamlet Qədimulla oğlunu vurub.

Piyada müxtəlif dərəcəli xəsarətlər ilə xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol