Oktyabrın 7-də yenidən alovlanan Fələstin – İsrail münaqişəsi İsrail iqtisadiyyatına ciddi problemlər yaratmağa başlayıb.
“AzPolitika.info” xarici KİV-lərə istinadla xəbər verir ki, İsrail Mərkəzi Bankı cari il üçün Ümumi Daxili Məhsul(ÜDM) artımı proqnozunu 3 faizdən 2.3 faizə endirib. Bu, kifayət qədər ciddi azalma hesab olunur. Mərkəzi Bank hesab edir ki, maliyyə-iqtisadi göstəricilərin ən kəskin azalması cari ilin 4-cü rübünə təsadüf edəcək.
Mərkzəi Bank həmçinin hesab edir ki, İsrailin 2023-cü il üçün büdcə kəsiri ÜDM-in 2.3 faizi, 2024-cü ildə isə 3.5 faizi səviyyəsində olacaq. Hansı ki, müharibədən əvvəl bu göstəricilər 1.3-1.5 faiz təşkil edirdi.
İqtisadiyyatda yaranan bu durum müharibə nəticəsində ölkədə istehlak, tələb səviyyəsinin kəskin enməsi və təklifin məhdudlaşmasıdır. Həmçinin, səfərbərlik səbəbindən işçi qüvvəsinin əhəmiyyətli hissəsinin müharibəyə cəlb olunması istehsala mənfi təsir göstərməkdədir.
“AzPolitika.info”


Şərhlər