Menu

“Hərbi strategiya əks nəticə verə bilər” – Obama İsrailin Qəzza siyasətini tənqid edib

24.10.2023, 17:21
“Hərbi strategiya əks nəticə verə bilər” – Obama İsrailin Qəzza siyasətini tənqid edib

ABŞ-ın keçmiş Prezidenti Barak Obama İsrailə Qəzza siyasəti ilə bağlı xəbərdarlıq edib.

“AzPolitika.info” xəbər verir ki, Obama İsraili hərbi strategiyasının əks nəticə verə biləcəyini deyib.

“Bütün dünya regionda baş verənləri diqqətlə izləyir. İnsan itkilərini nəzərə almayan İsrailin bu cür hərbi strategiyası sonda əks nəticə verə bilər”,-deyə o, bildirib.

Qəzzaya edilən bombardmanlarda minlərlə fələstinlinin həyatını itirdiyinə diqqət çəkən Obama, İsrailin Qəzza siyasətini tənqid edib: “Həlak olanların əksəriyyəti uşaqlar idi. Yüz minlərlə insan evini tərk etmək məcburiyyətində qaldı. İsrail hökumətinin mühasirədə olan mülki əhaliyə qida, elektrik və su verilməsini kəsmək qərarı təkcə pisləşən humanitar böhranı gücləndirməklə yanaşı, həm də gələcəkdə İsrailə qlobal dəstəyi sarsıda bilər. Həmçinin bu, sülh və sabitliyə nail olmaq yolunda əvvəlki səyləri poza bilər”.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol