Menu

Moldovada Rusiya KİV-ləri bloklanlandı

24.10.2023, 17:49
Moldovada Rusiya KİV-ləri bloklanlandı

Moldova İnformasiya və Təhlükəsizlik Xidməti “dezinformasiyaya qarşı mübarizə” məqsədilə respublikada 20-dən çox rus media saytının bloklanmasını əmr edib.

"AzPolitika.info" bu barədə Ukrayna mətbuatına istinadla xəbər verir.

Xidmətin rəsmi saytında direktor Aleksandr Mustyatsın əmri dərc edilib. 

Moldovadan olan istifadəçilərin Birinci Kanal, NTV, “Rossiya-1” telekanalı, “Mir” telekanalı, RT, REN TV, Zvezda telekanalı və s. saytlarına girişinin dərhal bloklanması üçün şəbəkə provayderlərinə və elektron rabitə xidmətlərinə əmr göndərilib.

Rüfət

AzPolitika.info

--

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol