İsrailin BMT-dəki daimi nümayəndəsi Gilad Erdan baş katib Antonio Quterreşi istefaya çağırıb.
APA xəbər verir ki, bu barədə Gilad Erdan "X" hesabında paylaşım edib.
O iddia edir ki, BMT baş katibinin Fələstin-İsrail münaqişəsi ilə bağlı mövqeyi ona bu vəzifəni tutmağa imkan vermir.
"Uşaqların, qadınların və qocaların kütləvi şəkildə qətlə yetirilməsi kampaniyasını başa düşməyən BMT-nin baş katibi təşkilata rəhbərlik etməyə yaraşmır. Mən onu dərhal istefaya çağırıram", - deyə Erdan sosial şəbəkədəki səhifəsində bildirib.


Şərhlər