Menu

ABŞ Türkiyəni “dilə tutur” - NATO-nun Qara dənizdəki mövcudluğu artırılacaq

26.10.2023, 11:01
ABŞ Türkiyəni “dilə tutur” - NATO-nun Qara dənizdəki mövcudluğu artırılacaq

ABŞ senatorları Konqresdəki dinləmələrdə ABŞ Dövlət katibinin köməkçisi Ceyms Obrayenə Türkiyə və NATO-nun Qara dənizdəki mövcudluğu barədə suallar veriblər.

“AzPolitika.info” xarici KİV-lərə istinadla xəbər verir ki, senatorlar NATO-nun Qara dənizdəki hərbi mövcudluğunun artırılması perspektivi ilə maraqlanıblar.

Obrayen deyib ki, bu məsələdə Türkiyə ilə sıx əməkdaşlıq edilir: “Bu, türkiyəli müttəfiqlərimizlə daim müzakirə etdiyimiz mövzudur. Türkiyə hərbi gəmilərin Qara dənizə girişini nəzarətdə saxlayır”.

Obrayen bildirib ki, NATO gəmilərinin sayının Qara dənizdə çoxaldılması Türkiyə rəhbərliyilə müzakirə edilir. Eyni zamanda, Obrayenin dediklərindən məlum olub ki, ABŞ Türkiyəni Moskva ilə enerji sahəsində əməkdaşlığı gücləndirməkdən yayınması üçün “dilə tutur”. Bunun əvəzində Vaşinqton Türkiyəyə ABŞ ilə qarşılıqlı əlaqələri gücləndirməyi təklif edir.

ABŞ həmçinin, Türkiyə parlamentinin İsveçin NATO üzvlüyünü tezliklə təsdiqləməsində maraqlıdır. Obrayen əlavə edib ki, “ABŞ ilə Türkiyə arasında olduqca yaxşı işgüzar münasibətlər mövcuddur”.

“AzPolitika.info”  

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol