Menu

Rusiya 5 günə 24 təyyarə vurub? - Şoyqunun iddiası ironiya ilə qarşılanır

26.10.2023, 17:40
Rusiya 5 günə 24 təyyarə vurub? - Şoyqunun iddiası ironiya ilə qarşılanır

Rusiyanın Müdafiə naziri Sergey Şoyqu 3 rusiyalı hərbçini “igidliyə görə” ordeni ilə təltif edib.

“AzPolitika.info” xəbər verir ki, Şoyqunun həmin hərbçilərlə görüşünü əks etdirən videoda nazir bu şəxslərin 5 gündə 24(!) Ukrayna hərbi təyyarəsini vurduğunu iddia edib.

Nazir deyib ki, Rusiyanın ixtiyarında düşmənin hərbi təyyarələrini kütləvi şəkildə məhv edən “super kompleks” var. Guya həmin hərbçilər də bu zenit-raket kompleksinin köməyi ilə cəmi 5 gündə 24 Ukrayna təyyarəsini vura biliblər.

Ukrayna mətbuatında Şoyqunu bu iddiasına görə ələ salıblar. Qeyd olunur ki, ümumiyyətlə, Ukraynanın hərbi aviasiya parkı o qədər böyük deyil ki, cəmi 5 gündə birdən-birə 24 təyyarə itirə bilsin. Həmçinin, bu təyyarələrin vurulduğuna dair hər hansı videogörüntü, pilotların əsir düşməsi, yaxud məhv edilməsinə dair bircə fakt yoxdur.

Şoyqunun təltif etdiyi “qəhrəmanlara” gəlincə isə, məlum olub ki, bunlar Uzaq Şərqdəki Sakit okean hərbi donanmasının 155-ci briqadasında xidmət edən dəniz piyadalarıdır.

“AzPolitika.info” 

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol