Menu

Azərbaycan və Ermənistan baş nazirləri arasında görüş olub - FOTO

27.10.2023, 12:05
Azərbaycan və Ermənistan baş nazirləri arasında görüş olub - FOTO

Oktyabrın 27-də Tbilisidə Azərbaycanın Baş naziri Əli Əsədovla Ermənistan baş naziri Nikol Paşinyan arasında görüş keçirilib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin mətbuat xidməti məlumat yayıb.

Görüş Gürcüstan hökumətinin başçısı İrakli Qaribaşvilinin vasitəçiliyi ilə Tbilisi yaxınlığındakı Muxranidə keçirilib.

Danışıqların təfərrüatları açıqlanmayıb. "İmedi" telekanalının məlumatına görə, üçtərəfli görüş bir neçə saat davam edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol