Menu

İsrail BMT Baş Assambleyasının atəşkəslə bağlı qətnaməsini də qəbul etmədi

28.10.2023, 10:07
İsrail BMT Baş Assambleyasının atəşkəslə bağlı qətnaməsini də qəbul etmədi

İsrail Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının cümə günü təsdiq etdiyi Qəzzada atəşkəs çağırışını da yerinə yetirməkdən imtina edib.

Fələstində günahsız insanları kütləvi şəkildə qətlə yetirən İsrailin  xarici işlər naziri bunu "alçaldıcı qərar" adlandırıb.

"AzPolitika.info" bu barədə İsrail mətbuatına istinadla xəbər verir.

"Biz BMT Baş Assambleyasının atəşkəslə bağlı alçaldıcı çağırışını qəti şəkildə rədd edirik", - deyə İsrailin xarici işlər naziri Eli Koen bildirib.

İsrailin BMT-dəki nümayəndəsi Gilad Erdan isə qətnamənin qəbulundan sonra BMT-nin legitimliyini itirdiyini iddia edib.

"Bu gün tarixə biabırçı bir gün kimi düşəcək. Hamımız şahidi olduq ki, BMT-nin artıq zərrə qədər legitimliyi və əhəmiyyəti yoxdur... HƏMAS-ın belə görünmədiyi bir qətnamə qəbul etməyin çılğınlığını anlamaq mümkün deyil...” — deyə Erdan bildirib.

Beləliklə, İsrailin sionist rəhbərliyi  beynəlxalq ictimaiyyətin çağrışlarına məhəl qoymayaraq, günahsız insanları, o cümlədə körpələri və uşaqları qətlə yetirməkdə davam edəcəyini bəyan edir. 

Qeyd edək ki, daha əvvəl BMT Baş Assambleyasının Yaxın Şərqdə baş verənlərlə bağlı X fövqəladə xüsusi sessiyasının sonunda İsrail-HƏMAS müharibəsində humanitar atəşkəs tələb edən qətnamə qəbul olunub. İordaniyanın təqdim etdiyi, 42 üzv dövlətin birgə maliyyələşdirdiyi qətnamə layihəsində Kanadanın təklif etdiyi düzəlişi nəzərdən keçirilib. Dəyişiklik əvvəlcə səsverməyə çıxarılıb. Qətnamə layihəsinin qəbulunda 120 ölkə "hə”, 14 ölkə "xeyr" səsini verib; 45 ölkə səsvermədə iştirak etməyib.

İki gün davam edən fövqəladə xüsusi sessiyada bölgədə zorakılıq dayandırılması və daha çox qan tökülmədən bütün girovların dərhal və qeyd-şərtsiz azad etməsi tələb olunub.

"AzPolitika.info" 

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol