Menu

Gürcüstanın xalq artisti Tengiz Arçvadze vəfat edib

28.10.2023, 22:52
Gürcüstanın xalq artisti Tengiz Arçvadze vəfat edib

Gürcü teatr və kino aktyoru Tengiz Arçvadze 92 yaşında vəfat edib. Bu barədə Kote Marcanişvili adına Dövlət Dram Teatrından bildirilib.

Gürcüstanın baş naziri İrakli Qaribaşvili Arçvadzenin ailəsinə və yaxınlarına başsağlığı verib.

Qeyd edək ki, Gürcüstanın xalq artisti, Tbilisinin fəxri vətəndaşı kimi titullara malik Tengiz Arçvadze 1954-cü ildə teatrın aktyoru olub, həmçinin karyerası boyunca 46 filmə çəkilib.

Tengiz Arçvadze “Azərbaycanfilm”in istehsalı olan “İyirmialtılar” (1966) filminin baş rollarından biri olan Caparidze personajını da canlandırıb. ( mir24.tv)

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol