İsrailin Baş naziri Benyamin Netanyahu ötən gün verdiyi İsrail ordusu və kəşfiyyat qüvvələri barəsində tənqidi bəyanatına görə üzr istəyib.
"AzPolitika.info" «Jerusalem Post»a istinadla xəbər verir ki, sosial mediada Baş nazir ordu və təhlükəsizlik qüvvələrini tənqid etməməli olduğunu bildirib.
«Mən səhv etdim. Mətbuat konfransından sonra dediyim şeylər deyilməməli idi və buna görə üzr istəyirəm. Mən bütün təhlükəsizlik qüvvələrinin rəhbərlərinə tam dəstək verirəm. Mən Baş Qərargah rəisini və cəbhədə olan və ev uğrunda döyüşən İsrail Müdafiə Qüvvələrinin komandirlərini və əsgərlərini dəstəkləyirəm....», — deyə Netanyahu yazıb
Qeyd edək ki, ötən gün mətbuat konfransında hamının, o cümlədən, özünün də məsuliyyət daşıdığını deyən Netanyahu sonradan sosial şəbəkədə ordu və xüsusi xidmət orqanlarını tənqid edən bir açıqlama yazmışdı.
“Heç vaxt Baş nazir Netanyahuya HƏMAS-ın müharibəyə başlamaq niyyəti ilə bağlı xəbərdarlıq edilməyib. Əksinə, bütün müdafiə rəsmiləri, o cümlədən Kəşfiyyat İdarəsi və Şin Bet başçıları, HƏMAS-ın çəkindiyini bildirirdi. Bu, müdafiədəki bütün qurumlar və kəşfiyyat xidmətləri tərəfindən dəfələrlə baş nazirə və kabinetə təqdim edilən qiymətləndirmə idi", — həmin açıqlamada deyilir.
Bu tənqid İsrailin siyasi dairələrində və Knessetdə sərt reaksiya görmüş, müxtəlif siyasətçilər Netanyahunu ordunun etibarını sarsıtmamağa çağırmışdılar.
Rüfət
AzPolitika.info


Şərhlər
Güya üzür istəməsəydi neyləyə bilərdi,başda özü olmaqla onun dövlətinin təhlükəsizlik quvvələrini birbaşa ABŞ idarə edir,umumiyətlə bu bölgə dünyanın idarə edilməsi üçün çox böyük əhmiyət kəsb edir,Qəzzadan Misirə və ordanda Afrikaya quru yol,bütün münaqişələrdə bunun üstündədir.