Menu

“Heç bir güc Türkiyə Cümhuriyyətinin xoşbəxt olmasına mane ola bilməz” - Ərdoğan

29.10.2023, 21:21
“Heç bir güc Türkiyə Cümhuriyyətinin xoşbəxt olmasına mane ola bilməz” - Ərdoğan

“Heç bir imperialist güc Türkiyə Cümhuriyyətinin xoşbəxt, uğurlu və qalib olmasına mane ola bilməz”.

APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə Cümhuriyyətinin qurulmasının 100-cü ildönümü ilə bağlı xalqa müraciətində deyib.

Ölkə başçısı bildirib ki, Türkiyə hər zaman Qəzza xalqının yanında olacaq:

“Harada məzlum, qurban, göz yaşı tökən varsa onun köməyinə gələn, əlindən tutub ayağa qaldıran, dərdinə şərik olan Türkiyədir. Biz bu münasibəti əvvəllər Koreyada, Kiprdə, İraqda, Suriyada, Liviyada, Yəməndə və nəhayət Qarabağda göstərmişik. Qazinin (Mustafa Kamal Atatürk - red. ) “heç kəs toxuna bilməz” dediyi Fələstin və Qəzza üçün də bu gün eyni mövqeyi nümayiş etdiririk. Dünən keçirdiyimiz “Böyük Fələstin” mitinqi də bunun bir parçası idi”.

Şərhlər

t.ədalət 2023-10-30 09:08:26

Allah Türkiyəni qorusun!

Cəmşid Dərələyəzli 2023-10-29 21:54:56

Bəli qoca tarix dahi liderleri asırda bir kərə yetişdirer. 20-ci yüz yıllığən o dahisi mehz Mustafa Kamal Atatürk idi. Yüzerinden min yıllarda keçse Türk milieti ve tüm türk dünyası o dahi şəxsiyyəti unutmayacaq. Varlığı ile Milletine qürur, duşmanlarına ise üzüntü getiren Mustafa Kamal. Mezarin nurla dolsun ey Ata. Rahat yat, çünki cümhuriyyet etibarlı ellerdedir.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol