Menu

Mehman Əzizov işdən çıxarıldı

30.10.2023, 23:00
Mehman Əzizov işdən çıxarıldı

Cüdo üzrə Azərbaycan millisinin böyük məşqçisi Mehman Əzizov işdən çıxarılıb. Bu barədə “Qafqazinfo”ya o, özü məlumat verib.

Mehman Əzizov ona səbəb bildirmədən işdən çıxarıldığını deyib:

“Gəlib dedilər ki, işdən azad olunursunuz. Səbəb isə bildirmədilər. Rəhbərliyin qərarı olduğunu açıqladılar”.

“Sizin müqaviləniz yox idi?” sualına isə M.Əzizov belə cavab verib:

“Müqaviləm var idi. Amma sözləşmədə qeyd olunub ki, federasiya rəhbərliyi istənilən vaxt işdən azad edə bilər, maaşları kəsə bilər. Müqaviləni imzalayanda oxumamışdım. Amma indi mənə o bəndlərin olduğunu göstərdilər”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol