Menu

“Pentaqon rəhbəri bu sözü təsadüfən deməyib...” – “Qərb geri çəkilsə, Rusiya qalib gələcək”

01.11.2023, 13:27
“Pentaqon rəhbəri bu sözü təsadüfən deməyib...” – “Qərb geri çəkilsə, Rusiya qalib gələcək”

ABŞ müdafiə naziri Lloyd Ostin Senatın komitəsində keçirilən dinləmələrdə deyib ki, ABŞ Ukraynaya dəstəyini dayandırsa, Rusiya bu işğalçı müharibədə qalib gələcək.

Ostinin fikrincə, Rusiya rəhbərliyi “hiss edir ki, Qərb Ukraynanı dəstəkləməkdən yorulacaq” və bu zaman Moskva “tezliklə üstünlüyü ələ keçirəcək”: “Bu baş verəcək, əgər biz Ukraynanı dəstəkləməsək. O zaman Putin qalib gələcək".

Politoloq Elxan Şahinoğlu hesab edir ki, Llloyd Ostin haqlıdır və bu sözləri təsadüfən deməyib, çünki bır sıra ölkələrdə, həmçinin Qərbdə Rusiya-Ukrayna müharibəsindən yorğunluq artmağa başlayıb:

“Bəzi Qərb ölkəsi Ukraynaya dəstəyi azaltmaq barədə düşünür. ABŞ Konqresi belə büdcədə Ukraynaya yardımı nəzərdə tutmayıb. Polşa Ukrayna məhsullarının Avropa bazarına çıxarılmasının əleyhinədir, Macarıstan Avropa İttifaqının Ukraynaya dəstəyinin azaldılmasına çalışır. Növbəti il ərzində müharib yorğunluğunun daha da artacağı ehtimalı var. Qərb ölkələrinin bir qismində “biz daha nə qədər Ukraynaya maliyyə və hərbi texnika göndərəcəyik” sualı tez-tez səslənməyə başlayıb”.

Politoloqun sözlərinə görə, bugedişatKremlinmaraqlarınauyğundur.

“Ukraynanın müharibədə dönüş yaratmasıyla Qərbdəki yorğunluğun qarşısını almaq olar”, - o qeyd edib.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol