“Yaxın Şərqdə daha geniş müharibə başlaya bilər”.
“Report” xəbər verir ki, bunu Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) dövlət naziri Nura əl-Kaabi deyib.
O bildirib ki, BƏƏ regionda atəşkəsi təmin etmək üçün səylə çalışır: “Biz bu müharibəni dayandırmağa çalışırıq. Amma döyüşlərin regiona yayılması riski realdır”.
Qeyd edək ki, oktyabrın 7-də Yaxın Şərqdə İsraillə HƏMAS arasında müharibə başlayıb. İsrail Baş naziri Benyamin Netanyahu daha əvvəl müharibənin uzun çəkəcəyini və ölkəsinin qalib gələcəyi bildirib.


Şərhlər
Dünyanı idarə edənlər (Amerika.Rusiya.Çin )dünyada müharibələr üçün 3 ocaq yaradıblar.Bunlar Ermənistan (Avropada) İzrail (Yaxın şərqdə ) və Şimali Koreya Asiyada).Bu zonalarda silahlar sşnanır.köhnələri satılır.xərclənir.Əhali,İnsan hüququ nağıl olaraq qalır._