Menu

"İrəvanın regionda sülhün bərqərar olması üçün siyasi iradəsi var" - Mirzoyan

03.11.2023, 18:18
"İrəvanın regionda sülhün bərqərar olması üçün siyasi iradəsi var" - Mirzoyan

Bütün mövcud çağırışlara baxmayaraq, İrəvanın regionda sülhün bərqərar olması üçün siyasi iradəsi var.

APA xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan alman həmkarı Annalena Berbokla görüşdən sonra təşkil olunan brifinq zamanı bildirib.

Erməni diplomatın sözlərinə görə, ölkəsi Azərbaycanla münasibətləri normallaşdırmağa, sərhədlərin delimitasiyası və demarkasiyasına, kommunikasiyaların bərabərlik və suverenlik prinsipləri əsasında açılmasına hazırdır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol